BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda məhkəməyə külli miqdarda ziyan vuran şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində əmlakı qəsdən məhv etmə və ya zədələmədə təqsirləndirilən Nurlan Qayıbovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçiirlən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, N.Qayıbov paytaxt ərzisində yerləşən rayon məhkəmələrinin birinin inzibati binasında əmlaka külli miqdarda ziyan vurub.

 

Daha sonra saxlanılan N.Qayıbovun barəsində Cinayət Məcəlləsinin 186.2.1-ci (Əmlakı qəsdən məhv etmə və ya zədələmə, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 8 Sentyabr 2022, 17:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin