BURADA REKLAMINIZ OLA
BİLƏR

İkili ixtisası olan müəllimlərin sertifikasiya qaydası açıqlandı

Məktəbdə iki fənn üzrə (riyaziyyat-informatika, tarixi-coğrafiya) tədris aparan müəllimlər üçün sertifikasiyasının hansı formada aparılması məsələsinə aydınlıq gətirilib.

 

Pravda.az-ın məlumatına görə, Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib ki, həmin müəllimlərin bir fəndən sertifikasiyası məqbul hesab edilir.

 

O söyləyib ki, burada müəllimin hansı fənndən daha çox saat dərs dediyi nəzərə alınmalıdır: "Bununla bağlı yerli idarələrdən məlumat alacağıq. Məsələn, müəllim riyaziyyat fənnindən 18 və zəruri ehtiyaca görə informatikadan 2 saat dərs deyirsə, bu zaman sertifikasiyaya riyaziyyat fənni üzrə cəlb etmək daha uyğun olar. Amma saatlar bərabərdirsə və ya fərq o qədər də böyük deyilsə, seçim müəllimin ixtiyarına buraxıla bilər. Ola bilər ki, 5 ildən sonra da gəlib digər fənn üzrə sertifikasiyadan keçər".

Tarix: 8 Sentyabr 2022, 17:38   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin