BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə olunması qaydası açıqlandı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin idarə olunması qaydası açıqlanıb.

 

Pravda.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə əksini tapıb.

 

Nizamnaməyə əsasən, Agentlik öz fəaliyyətində və idarəetmədə mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir.

 

Agentliyin idarəetmə orqanı onun İdarə Heyətidir.

 

Agentliyə ümumi rəhbərliyi və nəzarəti İdarə Heyəti həyata keçirir.

 

İdarə Heyətinin tərkibi 4 (dörd) üzvdən – Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi İdarə Heyətinin sədrindən və onun 3 müavinindən ibarətdir.

 

İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti sədrinin müəyyən etdiyi onun müavinlərindən biri icra edir.

Tarix: 8 Sentyabr 2022, 17:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin