BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sertifikasiyanın nəticələrinin bu formada ictimailəşdirilməsi təhsilimizin inkişafına töhfə vermir" - Deputat

“Azərbaycan təhsilində müsbət dəyişiklikləri və islahatları vacib hesab edirəm. Müəllimlərin sertifikasiyasını da dəstəkləyirəm. Bu cür təhlillərə və araşdırmalara ehtiyacın olduğunu düşünürəm.  Ancaq hesab edirəm, sertifikasiyanın nəticələrinin bu formada ictimailəşdirilməsi təhsilimizin inkişafına töhfə vermir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Ceyhun Məmmədov bildirib.

 

“Nə üçün? Birinci ona görə ki, bu müəllimlərimizin əhval-ruhiyyəsinə və motivasiyasına müsbət yox, mənfi təsir göstərir. İkinci şagirdlərin müəllimlərə inamını zədələyir. Ona görə bu cür nəticə və məlumatlardan xidməti məqsədlə istifadə daha məqsədəuyğundur. Bu gün biz gücümüzü daha çox müəllimlərin  əhval-ruhiyyəsini yüksək saxlamağa yönləndirməliyik. Əlbəttə, qüsur və xəta varsa, ciddi cəza da olmalıdır” – C.Məmmədov qeyd edib.

 

Kənan

Tarix: 8 Sentyabr 2022, 20:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin