BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ” “Frayburq”a məğlub olub

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

 

Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində ilk matçına çıxıb.

 

Qurban Qurbanovun yetirmələri G qrupunun favoriti “Frayburq”la qarşılaşıb. Almaniya təmsilçisi ilə görüş Bundesliqanın liderinin meydanında baş tutub.

 

Matç erkən qollarla başlayıb. “Frayburq” ilk 15 dəqiqədə iki dəfə “Qarabağ”ın qapısına yol tapıb.

 

Buraxılan qollardan sonra toparlanmağı bacaran ağdamlılar fasiləyədək fərqi minimuma endirib. Marko Veşoviç almaniyalıları məyus edib.

 

İkinci hissədə öz oyununu tapan “Qarabağ” məğlubiyyətdən qaçmağa çalışıb. Lakin təmsilçimiz rəqib qapısına hücumları dəqiq zərbə ilə tamamlaya bilməyib. Beləliklə, “Qarabağ” qrup mərhələsinə 1:2 hesablı məğlubiyyətlə start verib.

 

Qeyd edək ki, qrupun digər görüşündə “Nant” “Olimpiakos”la üz-üzə gəlib. Matç Fransa təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1.

 

Avropa Liqası

I tur, G qrupu

8 sentyabr

23:00. “Frayburq” (Almaniya) – “Qarabağ” (Azərbaycan) - 2:1

Qollar: Vinçenso Qrifo, 7 (pen.), Ritsu Doan, 15 - Marko Veşoviç, 39

Baş hakim: Erik Lambrexts (Belçika)

“Frayburq”: 26. Mark Flekken, 3. Filip Linhardt, 28. Mattias Ginter, 30. Kristian Günter (k), 8. Maksimilian Eggeştayn, 42. Ritsu Doan, 27. Nikolas Höfler, 29. Çon U Yon, 32. Vinçenso Qrifo, 18. Nils Petersen, 25. Kilian Sildilya

Ehtiyat oyunçular: 1. Benyamin Uphoff, 2. Uqo Sike, 7. Conatan Şmid, 17. Lukas Kübler, 31. Keven Şlotterbek, 14. Yannik Kaytel, 34. Merlin Röl, 11. Daniel-Kofi Köreh, 38. Mixael Qreqoriç, 21. Noa Atubolu, 23. Robert Vaqner, 33. Noa Veyshaupt

Baş məşqçi: Kristian Ştrayx

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 20. Kadi Borqes, 11. Ovusu Kvabena, 77. Ramil Şeydayev

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 19. Filip Ozobiç, 6. Julio Romao, 7. Riçard Almeyda

Baş məşqçi: Qurban Qurbanov

Frayburq. “Volfsvinkel” stadionu

 

Apasport

Tarix: 9 Sentyabr 2022, 03:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin