BURADA REKLAMINIZ OLA
BİLƏR

Usta hündürlükdən yıxılaraq öldü

Abşeronda usta faciəvi şəkildə ölüb.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 8-i saat 18 radələrində Abşeron rayonu, Fatmayı kəndində 1959-cu il təvəllüdlü Elşad Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, Elşad Məmmədov qeyd edilən kənd ərazisində yerləşən fərdi yaşayış evində usta kimi suvaq işləri görən zaman hündürlükdən yıxılaraq baş nahiyəsindən almış olduğu xəsarətdən ölüb.

 

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.

Tarix: 9 Sentyabr 2022, 10:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin