BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Qiyabi təhsil alanlara ŞAD XƏBƏR

"Qiyabi təhsil alanlara təhsil tələbə kreditlərinin verilməsi məsələsi ilin sonunda idarə heyətinin iclasında müzakirə ediləcək".

 

Pravda.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun icraçı direktoru Araz Paşayev “Media və təhsil dialoqu” mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

 

Lakin o bildirib ki, qiyabi təhsil alan tələbələrin çalışma imkanları olduğu üçün onlara kredit verilməsi aktual deyil: "Həmçinin onların sayı çox azdır. Düzdür, qiyabi təhsil alanlar arasında da sosial həssas qrupa mənsub şəxslər ola bilər. Amma hələlik bu məsələ aktual deyil".

 

Araz Paşayev onu da qeyd edib ki, bu ildən magistratura səviyyəsi üzrə təhsil alanlara da təhsil tələbə krediti almaları üçün şərait yaradılıb və bu günə qədər artıq 1000 nəfər kreditdən faydalanıb: “Bu il təhsil müəssisələrinə qəbul olan şəxslər üçün isə sentyabrın 12-nə qədər müraciət etmək imkanları var. İlin sonuna qədər təhsil tələbə krediti fondunun tətbiqi hazırlanacaq və əlavə bir də elektron portal olacaq. Bu, valideynlər üçün övladlarının müvəffəqiyyət göstəricilərini görə bilmələrinə imkan yaradacaq".

Tarix: 9 Sentyabr 2022, 11:48   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin