BURADA REKLAMINIZ OLA
BİLƏR

Fərid Pərdəşünas Mətbuat Şurasının İdarə Heyətinə namizəd olacaq

"Technote Media" şirkətinin rəhbəri, tanınmış texno-bloqer Fərid Pərdəşünas Mətbuat Şurasının İdarə Heyətində təmsil olunacağı ilə bağlı səslənən iddialara münasibət bildirib.

 

F.Pərdəşünas Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycan jurnalistlərinin VIII qurultayına namizədliyini irəli sürməyi planlayır.

 

"Hələ ki, planda belə bir şey var. Bu, tək mənimlə bağlı deyil, ola bilsin ki, bizdən başqa adam getsin. Namizədliyimizi verəcəyik. Daxildə dəqiqləşdirək, görək kim ora daha uyğundur, ya mən, ya baş redaktorumuz. Ondan sonra müasir texno-bloqer kimi Mətbuat Şurasına hansı faydaları verə biləcəyimizi izah edərik. İndi məsələ tam dəqiq deyil", - Pərdəşünas bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 9 Sentyabr 2022, 12:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin