BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Zəngilanda hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyətlidir"

"Sentyabrın 9-da “Azərbaycan Hava Yolları”nın ən böyük sərnişin təyyarəsi Airbus A340-500 ilk texniki uçuşunu müvəffəqiyyətlə yerinə yetirərək Şərqi Zəngəzurun ilk hava limanı olan Zəngilan Beynəlxalq Hava Limanındakı yeni uçuş-enmə zolağına enib. Sərnişin təyyarəsində Bakı-Zəngilan marşrutu üzrə uçuş müddəti təxminən 45 dəqiqə təşkil edib. Bu il istifadəyə veriləcək Zəngilan Beynəlxalq Hava Limanı həm iqtisadi, həm də strateji baxımdan ən vacib layihələrdən biridir. Zəngilan iqtisadi və turizm baxımından böyük potensiala malik rayondur. Burada istehsal olunan məhsullar ölkəmizdə istifadə olunmaqla yanaşı, birbaşa xarici ölkələrə çıxarıla biləcək. Zəngilan Beynəlxaq Hava Limanı yaxın gələcəkdə istifadəyə veriləcək Zəngəzur dəhlizinə inteqrasiya olunacaq".

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Vüqar Bayramov bildirib.

 

"Bundan sonra hava limanı şərq-qərb, şimal-cənub nəqliyyat dəhlizlərinin də elementinə çevriləcək. Bu da Zəngilan daxil olmaqla həmin ərazilərimiz vasitəsi ilə daşınan beynəlxaq yüklərin həcminin artmasına və Azərbaycanın daha çox gəlir əldə etməsinə imkan verəcək. Zəngilanın turizm potensialı yüksək olduğundan bu hava limanının tikilməsi yerli və beynəlxalq uçuşlar baxımından əhəmiyətlidir. Şərqi Zəngəzur və bütövlükdə ölkəmiz üçün xeyirli və düşərli olsun" - V.Bayramov qeyd edib.

 

Kənan

Tarix: 9 Sentyabr 2022, 12:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin