BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

ANS TV-nin küçədə səfil həyat sürən keçmiş əməkdaşı - VİDEO

İllər öncə televiziyada çalışan, son günlər səfil həyat tərzi sürən 51 yaşlı Emin Topçubaşov yardımla bağlı "REAL Tv-yə müraciət edib.

 

Pravda.az xəbər verir ki, bir vaxtlar ANS kanalında çalışan E.Topçubaşov sığınacağa yerləşdirilməsi üçün köməklik göstərilməsini istəyib.

 

 O, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun nəslindədir. Uzun illər müxtəlif idarələrdə işləsə də, son dövrlər iş tapmaqda çətinlik çəkib. Bir müddət kirayələrdə qalan 51 yaşlı Emin son günlərini parkda gecələməklə keçirib.

 

Məsələ ilə bağlı müraciətdən sonra Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi Emin Topçubaşovu sığınacaq və sosial reabilitasiya mərkəzinə yerləşdirib.

 

Baku.ws

 

 

Tarix: 9 Sentyabr 2022, 13:35   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin