BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Azərbaycanda erməni dilinin tədris olunması qətiyyən ağlagəlməz və lazımsız bir şeydir"

"Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərində erməni dilinin tədris olunması qətiyyən ağlagəlməz və lazımsız bir şeydir. Mən bunun əleyhinəyəm. Düşmən bizim dilimizi öyrənir, yəqin bilir ki, gələcəkdə elə vəziyyətə düşə bilərlər, onlara bizim dilimizdə danışmaq lazım olar".

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Elman Məmmədov Ermənistan məktəblərində şagirdlərin fakultativ dil kimi Azərbaycan və türk dillərini seçməsinə münasibət bildirərkən deyib.

 

Deputat hesab edir ki, müəyyən qurumlarda öz sahəsinə uyğun olaraq çalışan insanlar hansı dili istəsələr, seçib öyrənə bilərlər:

"Bizdə xüsusi xidmət orqanları və bu kimi sahələrdə çalışanların, eyni zamanda arxiv materialları ilə işləyən tədqiqatçı alimlərin erməni dilini bilmələri bəzən vacib olur. Həyat elədir ki, ermənilər türk dilini öyrənməyə məcburdurlar. Türkiyədə yaşayan ermənilər erməni olduqlarını özləri etiraf etməsələr, bilməzsən ki, onlar ermənidirlər. Çünki təmiz türk dilində danışırlar. Gələcəkdə də məcbur olub bizim dildə danışmalıdırlar. Necə ki, 1988-ci ilə qədər Azərbaycanda - Bakıda, Gəncədə, Sumqayıtda və s. yaşayan bütün ermənilər Azərbaycan dilini bilirdilər, bu dildə danışırdılar. Çünki yaşayış tərzi bundan keçirdi. Bizim isə onların dilini orta məktəblərdə tədris etməyə ehtiyacımız yoxdur".

 

E.Məmmədov özünün erməni dilini bilib-bilmədiyi barədə sualı isə belə cavablandırıb: "Qarabağ ləhcəsində adi danışıq qaydası var idi. Bizim yaşadığımız, işlədiyimiz yer elə olub ki, qrammatik erməni dilində, Ermənistan, İrəvan ermənilərinin danışdığı dildə yox, adi danışıq dilində danışırdıq. Müəyyən qədər hamımız o dildə danışa bilirik".

 

Aytəkin Qardaşova

Tarix: 9 Sentyabr 2022, 14:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin