BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Kişi niyə işdən çıxan kimi gəlib arvadın yanında oturmalıdır?!” - Fatimə

“Hər Azərbaycan xanımı mətbəxi sevir. Bu, bizim qanımızdadır. Bu sual bizə aid deyil. Bu mövzuda rus qadınları irəlidədir. Onlarda əksəriyyət evdə olanda yemək sifariş edir. Bizim kişilərimiz evdə arvadının bişirdiyi yeməklərdən az da olsa yeyir, daha sonra restorana gedirlər.”.

 

Pravda.az xəbər verir ki. bu sözləri rəqqasə Fatimə Fətəliyeva son günlər sosial şəbəkələrdə müzakirə olunan "Azərbaycan kişilərinin evdə yox, restoranalarda yemək yeməsində əsas təqsirkar həyat yoldaşlarıdır" fikrinə münasibət bildirərkən deyib. Onun fikrincə, bunu iddia etmək ədalətsizlikdir:

 

“Evin yeməyi tam başqadır. Amma bu gün hamı restoranlara istirahət etməyə gedir. Bu tək, kişilərə yox, xanımlara da aiddir. İndi elə bil zamanədir ki, yalnız qadınlar üçün olan restoranlar da var. Təki, xalqımız yesin-içsin, gülsün-əylənsin. 

 

Azərbaycan kişilərinin xanımların onlara qulluq etməməsi üzündən restoranlara axın etməsiylə bağlı fikirlər əsassızdır.  Azərbaycan xanımı üçün ilk evin kişisidir. Onun qarnı tox olanda hər şey yaxşı olur”.

 

Rəqqasə kişilərin daha çox restoranlarda olmasının səbəbini dostlarla görüşməklə əlaqələndirilməsinə belə münasibət bildirib:

 

“Bunun dostlarla görüşməyini dəxli yoxdur. İstirahət günləri gedə bilər, burda ayıb heç nə yoxdur. Kişi niyə işdən çıxan kimi gəlib evdə arvadın yanında oturmalıdır?! Onun da dostları, ətrafı var. Bu, normal bir şeydir. Amma bunu qadınlarrın yaxşı yemək bişirə bilməməsiylə əlaqələndirmək düzgün deyil. Bu cür müqayisələr cəmiyyəti poqur. Yəni evdən yemək iyi gəlməlidir. Bu cür uğursuz müqayisələr qzündən sabah gəlinim oğluma yemək bişirməyə, həyat yoldaşını ac qoya bilər. Nəyi görürsən, onu da edirsən. Biz dədə-babadan qadının ərinə baxdığını görmüşük. Qadın qadındır”.

 

Yenisabah.az

Tarix: 9 Sentyabr 2022, 14:44   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin