BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncədə arvadını döyən, qayınatasını bıçaqlayan şəxsə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində qayınatasını bıçaqlamaqda təqsirləndirilən Mehmnadar Babayevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 1 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə 24 fevral 2022-ci il tarixdə, saat 22 radələrində Gəncə şəhərinin Natavan qəsəbəsində qeydə alınıb.

 

Belə ki, 1997-ci il təvəllüldü Babayev Mehmnadar Mahir oğlu ilə qayınatası, 1974-cü il təvəllüdlü Həsənov Əkbər Xıdır oğlu aralarında mübahisə düşüb.

 

Bu zaman mübahisəyə M.Babayevin arvadı qarşıb. O, həyat yoldaşına qayınatasının yanında əl qaldıraraq onu döyüb. Daha sonra Ə.Həsənov özü ilə gətirdiyi baltayla kürəkənini vurmaq istəyib. M.Babayev isə Ə.Həsənovun döş qəfəsinin sol yan səthinə və qarın nahiyəsinin ön səthinə ümumilikdə 2 bıçaq zərbəsi vurub.

 

Ə.Həsənov qarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdilib. Dərhal xəstə əməliyyat edilib və onun həyatını xilas etmək mümkün olub.

 

Hadisəni törədən şəxs isə polis tərəfindən saxlanılıb.

 

M.Babayev barəsində Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 9 Sentyabr 2022, 15:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin