BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Eldar Quliyev: “Qarabağda Heydərabad şəhərinin salınması təklifi ilə bağlı fikirlərim müsbətdir”

“Qarabağda Heydərabad şəhərinin salınması təklifi ilə bağlı fikirlərim müsbətdir. Düşünürəm, hər bir deputat bu təklifi dəstəkləyər. Amma əlbəttə ki, son söz ölkə rəhbərliyinindir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

 

“Biz də bunu istəyərdik. Gələn il ulu öndər Heydər Əliyevin 100 illiyini böyük təntənə ilə qeyd edəcəyik. Heydər Əliyev cismən bizimlə olmasa da, onun ən böyük arzularından biri idi ki, tez zamanda Qarabağ və ətrafındakı 7 rayonu işğaldan azad edək. Torpaqlarımız da azad olunub. Düşünürəm, bu, ulu öndərin adına ən böyük hədiyyə, hörmət əlaməti olar. Mən bu təklifi dəstəkləyirəm. Lakin bu, bizim səlahiyyətimizdə olan bir məsələ deyil, sadəcə, təklifdir. Yəqin ki, ölkə rəhbərliyi bunu hər hansı şəkildə dəyərləndirər. Bəyənilsə, bəlkə, Milli Məclisə göndərilə bilər ki, qərar qəbul edilsin, ya da cənab Prezident öz fərmanı ilə edə bilər. İstənilən halda, bu təklifə etiraz etmirik”, - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 9 Sentyabr 2022, 16:02   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin