BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda arvadını öldürən şəxslə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində tanışını öldürməkdə arvadını qətlə yetirməkdə təqsirləndirilən Əsgər Musayevin barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əsgər Musayev 17 il azadlıqdan məhrum olunub.

 

Qeyd: Hadisə ötən ilin noyabrında Pirallahı rayonunda qeydə alınıb.

 

Belə ki, 1992-ci il təvəllüdlü Əsgər Musayev şəxsi münasibətlər zəminində mübahisə zamanı həyat yoldaşı, 1997-ci il təvəllüdlü Ayşən Rəhimovanı boğaz nahiyəsinə bıçaqla xəsarətlər yetirərək onu öldürüb.

 

Faktla bağlı Əsgər Musayev saxlanılıb və ona Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürümə) maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 10 Sentyabr 2022, 09:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin