BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda avtomobildən 30 min manat oğurlandı

Bakıda avtomobildən oğurluq olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən xəbərə görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rayon ərazisində “Volkswagen” markalı bir avtomobildən 30 000 manat pulun oğurlanması barədə müraciət daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Xəyal Mustafayev müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 10 Sentyabr 2022, 10:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin