BURADA REKLAMINIZ OLA
BİLƏR

Ata qızının 16 yaşlı sevgilisini iplə boğaraq öldürdü - Bakıda DƏHŞƏT

Sentyabrın 6-sı Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.

 

Bu barədə Pravda.az-a Sabunçu rayon Prokurorluğundan bildirilib.

 

Rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişin qonşusu 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

İş üzrə istintaq davam edir.

Tarix: 10 Sentyabr 2022, 12:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin