BURADA REKLAMINIZ OLA
BİLƏR

“Rüşvətxor məmurlar tarixi fasadı dəyişməyə şərait yaradırlar” - FOTOLAR

Bu günlərdə Qoqol küçəsi ilə gəzirəm. Doğrusu, tam olaraq anlamaq olmur, bu küçə Qoqolun, yoxsa Mərdanov qardaşlarının adını daşıyır. Gəzərkən nə görsəm yaxşıdır: Vallah, dünən mənzillərin pəncərələri var idi, bu gün isə artıq böyük restoran vitrinləri olub! Sadəcə bir il əvvəl Azərbaycan hökuməti tərəfindən bərpa edilmiş və dövlət tərəfindən qorunan tarixi binanın (İrs Siyahısının 128-ci səhifəsində 2950 nömrəli yazı - red) fasadını sadəcə “kəsiblər”! Dövlət memarlıq abidəsini yenidən bərpa edib ki, hansısa məsuliyyətsiz vətəndaşlar binanın görkəmini korlayıb burada restoran qursunlar, həmçinin rüşvətxor məmurlar isə tarixi fasadı dəyişmək üşün şərait yaratsınlar!”

 

Pravda.az xəbər verir ki, bu barədə tanınmış memar Elçin Əliyev məlumat verib.

 

“Təəssüf ki, hər həftə Mədəniyyət Nazirliyinin memarlıq irsinin mühafizəsi sahəsində cinayətkar hərəkətsizliyindən söhbət açsam da, qətiyyən reaksiya yoxdur! Dövlət orqanı tərəfindən binanın yenidən qurulmasına kim icazə verib? Axı dövlət, yəni Mədəniyyət Nazirliyi tərəfindən qorunan memarlıq abidəsinin fasadındakı dörd (!) pəncərəni kəsmək divara mismar  vurmaq deyil – yəqin “müfəttişlər” bunu eşidib və görüb. Yoxsa heç xəbərləri yoxdur?!” – E.Əliyev əlavə edib.

.

Kənan

Fotoları təqdim edirik
Tarix: 10 Sentyabr 2022, 16:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin