BURADA REKLAMINIZ OLA
BİLƏR

Əvəz Zeynallı və Elçin Sadıqovla bağlı yeni xəbər - YENİLƏNDİ

Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində saxlanılaraq dindirilir.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Əvəz Zeynallının dostları sosial şəbəkədə yazıblar.

 

İstintaq hərəkətləri çərçivəsində Əvəz Zeynallının evində və ofisində axtarış aparılıb.

 

Vəkil Elçin Sadıqovun isə evində axtarış aparılandan sonra vəkil olduğu ofisdə axtarış davam etdirilir.

 

***

 

16:58

 

Jurnalist Əvəz Zeynallının barəsində cinayət işi başlanılıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan məlumat verilib.

 

"Faktla bağlı cinayət işi başlanılıb. Hazırda istintaq hərəkətləri həyata keçirilir. Əlavə məlumat veriləcək", - məlumatda qeyd olunub.

 

Qeyd edək ki, Əvəz Zeynallının saxlanıldığı barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Tarix: 10 Sentyabr 2022, 19:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin