BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda dəhşətli cinayət baş verdi - VİDEO

Sumqayıtda boşandığı həyat yoldaşını qısqanan kişi özünü və qonşusunun ailəsini yandırıb. Hadisə nəticəsində biri azyaşlı olmaqla, 4 nəfər xəsarət alıb

 

41 yaşlı kişi 6 il öncə ayrıldığı həyat yoldaşına görə qonşusunu yandıraraq öldürmək istəyib. Bu zaman özü ilə bərabər, 4 nəfər ağır yanıq xəsarətləri alıb. Hadisə Sumqayıt şəhər Xəzri yaşayış massivində qeydə alınıb.

 

Anar Məmmədov qonşunun həyətinə keçərək benzini onların yaşadığı evin pəncərəsindən içəri atmaq istəyib. Elə hər şey də bundan sonra baş verib.

 

Yanğın zamanı 41 yaşlı kişi ilə bərabər qonşuları - 58 yaşlı Oruc Qocayev, 28 yaşlı Günay Qocayeva və 5 yaşlı Həsən Qocayev də müxtəlif yanıq xəsarətləri alıblar. Hər 4 şəxs Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Anar Məmmədovun bədəninin bütün hissəsi yandığından vəziyyəti ağırlaşıb. O, təcili tibbi yardım avtomobili ilə Bakı Yanıq Mərkəzinə göndərilib. Faktla bağlı araşdırma aparılır.

 

Tarix: 10 Sentyabr 2022, 21:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin