BURADA REKLAMINIZ OLA
BİLƏR

Zabit Səmədov idmançı karyerasını qələbə ilə başa vurdu

Azərbaycanlı kikboksçu Zabit Səmədov peşəkar karyerasını başa vurub.

 

Pravda.az-ın məlumatına görə, "Mauqli" ləqəbli kikboksçu braziliyalı sabiq UFC idmançısı Antonio Silvanı 1-ci raundda nokauta salmaqla kəmərə sahib olub.

 

Bununla da Zabit Səmədov karyerasını bitirib.

 

O, son söz alaraq təşkilatçılara təşəkkürünü bildirib: "Güc birlikdədir. Azərbaycanda – Vətəndə karyeramın son döyüşünü keçirdiyim üçün şadam. 24 ildir ki, döyüşürəm. Artıq karyeramı bitirirəm".

 

Qeyd edək ki, 38 yaşlı Zabit Səmədov karyerası ərzində 113 döyüş keçirib. O bunlardan 103-də qalib gəlib. Bu qələbələrdən 38-i nokautla qeydə alınıb.

Tarix: 11 Sentyabr 2022, 00:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin