BURADA REKLAMINIZ OLA
BİLƏR

“Akkord” bu şirkəti məhkəməyə verdi

“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ”İMARS” MMC-ni məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hazırda iddia Şirvan Apellyasiya Məhkəməsində baxılır.

 

Belə ki, ASC birinci instansiya məhkəməsinə müraciət edərək 2 511 730,91 manat pulun ödənilməsi barədə tələb irəi sürüb.

 

İddia qismən təmin edilib. Məhkəmənin qərarına əsasən, MMC ”Akkord”a həmin məbləğdən yalnız 983 764,65 manat pul ödəməlidir.

 

Daha sonra ASC apellyasiya şikayəti verib.

 

Şirvan Apellyasiya Məhkəməsinin qərarının açıqlanması sentyabrın 23-də gözlənilir.

 

Kamal Məmmədov

Tarix: 11 Sentyabr 2022, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin