BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirdən yeni TƏYİNAT: İş başında ölən polkovnikin yerinə keçən şəxs kimdir?

Daxili İşlər orqanlarında yeni təyinat baş tutub.


Pravda.az-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə polis mayoru Güriyel Məmmədov Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi təyin edilib.


O, bundan əvvəl adıçəkilən şöbənin rəis müavini vəzifəsində çalışıb.


Qeyd edək ki, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zəka Səfərov bir müddət bundan əvvəl öz xidməti iş otağında ürəktutmasından vəfat etmişdi. 


Manşet.az

Tarix: 11 Sentyabr 2022, 13:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin