BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Bağırovdan Elçin Sadıqovun həbsi ilə bağlı AÇIQLAMA

"Vəkillər Kollegiyasının Rəyasət Heyəti olaraq əsassız şaiyələrə, yalan məlumatlara, uydurma xəbərlərə əhəmiyyət vermədən hər zaman çalışırıq obyektiv olaq. Bütün məsələlərdə yalnız və yalnız mötəbər faktlara və qanuna söykənərək rəyimizi bildirmişik. Vəkillər də, cəmiyyətimiz də yaxşı bilir və dəfələrlə şahidi olub ki, vəkillərin fəaliyyətinə müdaxilə, onlara qarşı qanunazidd hərəkətlər olanda Kollegiya həmişə öz üzvlərini publik qaydada və təsirli müdafiə edir, bununla bağlı bir çox misallar çəkmək olar. Vəkilin Elçin Sadıqovun həbsi ilə bağlı məsələ də Vəkillər Kollegiyası olaraq diqqətimizdədir. Azərbaycan hüquqi dövlətdir və əminəm ki, bütün məsələlərə qanunauyğun olaraq hüquqi qiymət veriləcək".


Pravda.az xəbər verir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov vəkil Elçin Sadıqovun həbsinə münasibət bildirərkən deyib.


A. Bağırov bildirib ki, qüvvədə olan “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun tələblərinə görə vəkillərin toxunulmazlıq hüququ yoxdur. Vəkillər barəsində cinayət təqibi başlanıla və qüvvədə olan qanunvericiliyə əsasən aparıla bilər. Vəkilin həbsinə gəldikdə isə, A. Bağırov qeyd edib ki, onun cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun 7-ci maddəsinə uyğun olaraq Vəkillər Kollegiyasının Rəyasət Heyətinə rəsmi qaydada məlumat verilib: "Burada qanunun tələblərinə riayət olunmuşdur və hər hansı pozuntu mövcud deyil. Bunu mən rəsmən bəyan edirəm. Bildiyiniz kimi, Qanuna görə, vəkillər fərdi qaydada, vəkil bürolarında, hüquq firmalarında və ya məsləhətxanalarda fəaliyyət göstərə bilərlər. Elçin Sadıqov fərdi qaydada fəaliyyət göstərən vəkildir və uzun müddət Göygöl şəhərində fərdi qaydada fəaliyyət göstərib. Lakin 2021-ci ilin dekabr ayının 1-dən etibarən Elçin Sadıqov fəaliyyətini Bakı şəhərində davam etdirmək istəyilə bağlı Vəkillər Kollegiyasına müraciət edib. Rəyasət Heyətinin 1 dekabr 2021-ci il qərarına əsasən Elçin Sadıqov Bakı şəhəri Binəqədi rayonu, Ə.Naxçıvanski küçəsi 44, mənzil 18-də vəkil kimi fəaliyyət göstərib. Vəkillər Kollegiyasının Rəyasət Heyəti buna etiraz etməyib və bu ünvan reyestrdə öz əksini tapıb. Məndə olan dəqiq məlumata görə, həmin ünvanda yəni, vəkilin qeydiyyatda olduğu ofisdə heç bir axtarış, sənədlərin götürülməsi və hər hansı prosessual tədbirlər həyata keçirilməyib. Yəni, bizdə olan məlumat budur. Bizə vəkilin başqa ofisinin mövcudluğu barədə vəkilin özü tərəfindən heç bir məlumat təqdim edilməyib".


O qeyd edib ki, KİV-lərdə vəkilin ofisində axtarış aparılması haqqında məlumatlar həqiqəti əks etdirmir.


Sədr vəkillərə də müraciət edərək yoxlanılmamış və həqiqətəuyğun olmayan məlumatları paylaşmamağı tövsiyə edib.


 e-huquq.az

Tarix: 11 Sentyabr 2022, 17:46   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin