BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ağayev, hər yerdə sənsən, soyuducuya qorxa-qorxa yaxınlaşıram"

“Xoşbəxt insanam ki, Yaşar Nuri kimi dahi aktyorun tələbəsi olmuşam. Onu pərişan, neqativə köklənmiş görmədim. Hətta vəfatından bir neçə gün öncə görüşmüşdük. Onda belə həm davranışında, həm də danışığında çox böyük nikbinlik var idi”.

 

Pravda.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev verilişlərin birində mərhum Xalq artisti Yaşar Nuri haqda danışarkən deyib.

 

Sənətçi aktyorun bəzi danışıqlarının ona atasını xatırlatdığını bildirib:  

 

“Heç vaxt dünyanın çətinliklərinə boyun əymirdi. Sözün həm hərfi, həm də məcazi mənasında dik duruşu var idi. Məni həmişə soyadımla çağırardı. Ağayev, televizoru, radionu yandırıram, elə sənsən. Soyuducuya qorxa-qorxa yaxınlaşıram.

 

Yaşar müəllimin bəzi xasiyyəti və danışıqları mənə atamı xatırladırdı. Xəstəliyə təslim olmurdu, döyüşürdü. Təbii ki, pis olurdum, amma özü nikbin idi deyə, gülümsəyirdi. Onda Yaşar müəllimin öyrətdikləri kömək etdi. Karıma gəldi ki, içim ağlaya-ağlaya üzüm gülsün. Mənim üçün aktyorluq sənətində Azərbaycanın günəşi idi. Ailəsiylə əlaqə saxlayırıq. Doğmamı itirdim, içim sındı. Ustad, əminəm ki, yerin rahatdır. Allahın sevimli bəndələrindən biri idin. Görüşənədək ustad, gəlib əlindən öpəcəm”.

 

Axşam.az

Tarix: 11 Sentyabr 2022, 21:49   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin