BURADA REKLAMINIZ OLA
BİLƏR

Polkovnik-leytenant faciəvi şəkildə həlak oldu - FOTO

Vətən Müharibəsi iştirakçısı, polkovnik-leytenant Şöhrət Namazov avtomobil qəzasında həlak olub.


Pravda.az xəbər verir ki, hadisə dünən Gəncədə baş verib.


Axşam saat 22:00 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbə sakini R.İsmayılov idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən Məhsəti qəsəbə sakini Şöhrət Namazovu vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən ölüb. Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Qeyd edək ki, Şöhrət Namazov 2016-cı il Aprel döyüşlərinin və Vətən Müharibəsi iştirakçısı olub. Polkovnik-leytenant rütbəsi daşıyan Şöhrət Namazov bu yaxınlarda ordudan ehtiyata buraxılmışdı.

 

azinform.az

Fotoları təqdim edirik
Tarix: 11 Sentyabr 2022, 23:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin