BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

“Başımız qarışıqdır” - Əflatun Amaşovdan Əvəz Zeynallı AÇIQLAMASI

Xəbər verdiyimiz kimi, sentyabrın 10-da “Xural” TV-nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı saxlanılaraq, həbs olunub.

 

Məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasından heç bir açıqlama verilməyib, münasibət bildirilməyib.

 

Pravda.az xəbər verir ki, Bakupost.az Mətbuat Şurasının sədri Əflatun Amaşovla əlaqə saxlayıb.

 

Sədr hazırda başlarının qurultaya qarışıq olduğunu bildirib:

 

“Bilirsiniz ki, bu günlərdə qurultayımız olacaq. Hazırda başımız qurultaya qarışıb. Qonaqlarımız var onları qarşılayırıq. Bu məsələ ilə bağlı yəqin ki, Mətbuat Şurasının bəyanatı olacaq, ancaq indi buna vaxtımız yoxdur”.

 

Xatırladaq ki, sentyabrın 10-da “Xural Tv”nin rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı və hüquq müdafiəçisi Elçin Sadıqlı saxlanılıb.

 

Onların hər ikisinə Azərbaycan Cinayət Məcəlləsinin 32 və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Tarix: 12 Sentyabr 2022, 13:45   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin