BURADA REKLAMINIZ OLA
BİLƏR

Elektron dövlət xidməti zamanı sənədlərin tələb edilməsi minimuma endirilir

Vətəndaşlara elektron dövlət xidmətlərinin göstərilməsi işinin təkmilləşdirilməsi və bu zaman onlardan tələb olunan sənədlərin minimuma endirilməsi ölkə rəhbərliyinin diqqət mərkəzində olan məsələlərdəndir. Bu günlərdə dövlət başçısının imzası ilə qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş sənədlər paketində bu məsələləri özündə ehtiva edən 47 qanuna dəyişikliklər edilməsi nəzərdə tutulur.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dəyişikliklərin əsas məqsədi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planının müvafiq bəndinin tələblərinin sahəvi qanunlarda əks olunmasıdır. Məlumat üçün bildiririk ki, adıçəkilən Milli Fəaliyyət Planının 4.2-ci bəndində nəzərdə tutulur ki, dövlət xidmətinin göstərilməsi üçün zəruri olan sənəd və ya məlumat digər dövlət qurumunda mövcud olduğu halda, həmin sənədin və ya məlumatın vətəndaşdan tələb edilmədən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət qurumundan alınmasının təmin edilməsi üçün bu prinsipin sahəvi normativ hüquqi aktlarda təsbit edilməsi, habelə bu prinsipə əsaslanan elektron xidmətlərin sayının artırılması təmin edilməlidir.

 

Bu məsələnin sahəvi qanunlarda əks olunması həmin tələbin daha işlək və tətbiqedilən olmasını təmin edəcəkdir.

 

Qanun layihələrinin qəbulu vətəndaşların sənəd və ya məlumatın toplanması və təqdim edilməsi ilə bağlı problemlərinin aradan qaldırlılmasına və vaxt itkisinin azaldılmasına, bu əsasda vətəndaş məmnunluğunun artırılmasına, habelə ölkədə Elektron Hökumət İnformasiya Sisteminin funksionallığının daha da yüksəldilməsinə və qurumlararası elektron inteqrasiyanın güclənməsinə xidmət edəcəkdir.

Tarix: 12 Sentyabr 2022, 15:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin