BURADA REKLAMINIZ OLA
BİLƏR

Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü

Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza Göyçayda avtomobil qəzasına düşüb.

 

Bu gün baş verən yol-nəqliyyat hadisəsi zamanı Xəyal Rzanın idarə etdiyi nəqliyyat vasitəsi yararsız hala düşüb.

 

Xəyal Rza Oxu.Az-a açıqlamasında bildirib ki, ailəsi və atası ilə birlikdə Göyçay şəhərində hərəkətdə olarkən BMW markalı bir avtomobil yol hərəkəti qaydalarını pozaraq onun "Changan" markalı maşınına, daha sonra isə "Mercedes" markalı digər nəqliyyat vasitəsinə çırpılıb:

Xəyal Rza ailəsi ilə birgə Göyçayda qəzaya düşdü - FOTO

"Şükürlər olsun, ciddi bir xəsarət almamışıq. Müvafiq qurumlar hadisə ilə bağlı araşdırma aparır".

Tarix: 27 Aprel 2026, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin