BURADA REKLAMINIZ OLA
BİLƏR

Bələdiyyələrlə bağlı mühüm xəbər

Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik ediləcək.

 

Pravda.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin payız sessiyası çərçivəsində keçiriləcək ilk - 2022-ci il 20 sentyabr tarixli iclasının gündəliyinə daxil edilən məsələdə əksini tapıb.

 

İclasın gündəliyinə 3 məsələ daxil edilib, bunlar aşağıdakılardır:

 

1.Azərbaycan Respublikası Milli Məclisinin 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə Regional məsələlər komitəsində görülən işlər barədə Hesabat.

 

2.Milli Məclisin Regional məsələlər komitəsinin 2022-ci ilin payız sessiyası üçün iş planının layihəsi.

 

3.“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası qanununun layihəsi.

Tarix: 12 Sentyabr 2022, 17:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin