BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda boğazında qarğıdalı dənəsi qalan gənc öldü

Şəkidə 28 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb.


Pravda.az-ın məlumatına görə, ötən gün rayonun Köbər Zəyzid kənd sakini 1994-cü il təvəllüdlü Vüqar Mövlud oğlu Mustafayev boğazında yad cisim qalması və boğulma əlamətləri ilə Şəki rayon Mərkəzi Xəstəxanasına daxil olub.


Müayinə zamanı V. Mustafayevin boğazında qarğıdalı dənəsi qaldığı məlum olub. Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilən V. Mustafayevə göstərilən yardımlara baxmayaraq, səhər saatlarına yaxın onda bioloji ölüm faktı qeydə alınıb.


Faktla bağlı araşdırma aparılır.


APA

Tarix: 12 Sentyabr 2022, 20:01   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin