BURADA REKLAMINIZ OLA
BİLƏR

Cabbar Musayev həmkarını yenidən məhkəməyə verdi

Bəstəkar-müğənni Cabbar Musayev həmkarı Dəniz Əsədovanı yenidən məhkəməyə verib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, D.Əsədova xüsusi ittiham qaydasında yenidən Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

 

İş hakim İlkin Əliyevin sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin hazırlıq iclası oktyabrın 18-də təyin edilib.

 

Qeyd: Daha əvvəl C.Musayev D.Əsədovadan məhkəməyə şikayət edib. Həmin vaxt 33 yaşlı D.Əsədovaya 6 ay islah işləri cəzası verilib.

 

Məhkəmədə isə məlum olub ki, D.Əsədova C.Musayevlə Nigar Qasımzadənin sevgili olmasını bildirib, həmçinin sosial şəbəkə səhifələrində onların ünvanına çoxsaylı təhqirlər səsləndirib. O, məhkəmədəki ifadəsində C.Musayevin yanına tələbə kimi getdiyini, lakin Nigarın onu qısqandığını və hər şeyin bundan sonra başladığını deyib

 

Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən, D.Əsədova Cinayət Məcəlləsinin 147.1 (böhtan) və 148-ci (təhqir) maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona aylıq qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmaqla 6 ay müddətə islah işləri cəzası təyin edilib.

 

Kamal Məmmədov


Tarix: 12 Sentyabr 2022, 20:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin