BURADA REKLAMINIZ OLA
BİLƏR

Hüseyn TikTok-da Bilal Əliyevə təhqir yazanlara müraciət etdi - VİDEO

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu TikTok-da Xalq artisti Bilal Əliyevə təhqirməmiz sözlər yazanlara səslənib.

 

Pravda.az xəbər verir ki, sənətçi sosial şəbəkədə video paylaşaraq istifadəçilərdən bunu dayandırmağı rica edib:

 

"Tiktok platformasında olan əziz gənclər, sizdən bir xahişim var. Bilal Əliyevin səhifəsinə təhqiramiz sözlər yazmağa son qoyasınız. Ən azından respublikamızın Xalq artistidir və neçə illərin sənətkarıdır. Onun yaşına, sənətinə, illərinə hörmət edib, təhqirlər yazmayın. Ümid edirəm ki, xahişimə hörmətlə yanaşıb, bu şeylərə son qoyacaqsınız. Ona görə ki, olmaz. Artıq videolar yayılır. Xoş olmayan sözlər yazılır. Bu, bizə yaraşmaz. Siz axı Azərbaycanın gələcəyisiniz".

 

Axşam.az

 

 

Tarix: 13 Sentyabr 2022, 00:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin