BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: Qafanda təcili tibbi yardım maşınının vurulması yalandır

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Qafan rayonu ərazisində guya təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır və qarşı tərəfin təxribat xarakterli növbəti dezinformasiyasıdır.

 

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd olunub ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən əks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi olan legitim hərbi hədəflərinə qarşı yönəlib.

Tarix: 13 Sentyabr 2022, 03:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin