BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanı Samirə Əfəndi təmsil edəcək

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) ölkəmizi “Avroviziya-2021” beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək nümayəndənin adını açıqlayıb.

 

Pravda.az-a verilən məlumata görə, 2021-ci ildə Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində 2020-ci ilin milli seçim turunun qalibi Samirə Əfəndi təmsil edəcək.

 

Daha əvvəl Avropa Yayım İttifaqı koronavirusun yayılması riskləri səbəbindən may ayında Niderlandda keçiriləcək "Avroviziya-2020" müsabiqəsinin ləğv olunduğunu bəyan edib. Təşkilatçılar müsabiqəni 2021-ci ilə qədər təxirə salmaq qərarına gəliblər. Müsabiqənin Rotterdamda keçirilməsinə dair danışıqlar isə hələ davam etdiriləcək.

 

Xatırladaq ki, Əfəndi “Avroviziya-2020” milli seçim turunun qalibi olub. 

Tarix: 20 Mart 2020, 13:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin