BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycana sərhəddə və Qarabağda qayda-qanun yaratmasını əngəlləməsi Moskvaya əlavə problemlər yaradacaq”

“Gözlənilən idi. Nə qədər ki, sülh sazişi imzalanmayıb, Azərbaycanla Ermənistan arasında toqquşmalar fasilələlərlə davam edəcək. Rəsmi Bakı xoş niyyət göstərərək, erməni diversantları Ermənistana iadə etdi. Ancaq İrəvan bu xoş niyyətə Kəlbəcərə və Laçına atəş açmaqla cavab verdi, axşamlar yollara yenə minalar döşədi. Azərbaycan yaxın müddətdə Kəlbəcəri və Laçını məskunlaşdıracaq. Bu baxımdan imkan vermək olmaz ki, Laçın və Kəlbəcər atəş altında olsunlar. Ona görə də Ermənistandan Kəlbəcər və Laçına təhlükə yaradan atəş nöqtələrinin neytrallaşdırılmasına ehtiyac var idi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

E.Şahinoğlu qeyd edib ki, Ermənistan hakimiyyəti və Qarabağ separatçıları yalnız gücə tabe olurlar, İrəvan razılaşmaları daima pozur: “Onlar qarşılarında güc gördükdə geri çəkilirlər. Deməli, biz daim bu alətdən qarşı tərəfin təxribatlarına qarşı istifadə etmək məcburiyyətindəyik. Bu zaman Azərbaycana daha çox Rusiya mane olmaq istəyəcək. Ancaq zaman Rusiyanın əleyhinə işləyir. Ukrayna ordusu uğurlu əks-hücumlar həyata keçirir. Rusiya ordusu geri çəkilir, imicinə zərbə dəyib, dünyanın ikinci böyük ordusu məğlub duruma düşüb. Belə vəziyyətdə olan Rusiyanın Azərbaycana sərhəddə və Qarabağda qayda-qanun yaratmasını əngəlləməsi Moskvaya əlavə problemlər yaradacaq”.

 

Kənan

Tarix: 13 Sentyabr 2022, 10:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin