BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

YAP 200 min manat məbləğində yardım edəcək

Yeni Azərbaycan Partiyası (YAP) koronavirus infeksiyasının yayılmasının qarşısının alınması sahəsində Azərbaycan Pespublikasının Prezidentinin tapşırığı əsasında Azərbaycan hökumətinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir.

 

YAP mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, YAP Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart tarixli  Sərəncamı ilə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”nun yaradılmasını dünyanı lərzəyə salan qorxulu infeksiyanın qarşısının alınmasında mühüm addım hesab edərək Fonda 200 min manat məbləğində vəsait ödəməyi qərara alır.

 

Bundan əlavə, partiyanın bütün yerli strukturlarına  və üzvlərinə “Koronavirusla Mübarizəyə Dəstək Fondu”na imkanları daxilində dəstək göstərmək tövsiyə olunub.

Tarix: 20 Mart 2020, 13:43   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin