BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Vəd verən qüvvələr elə vəziyyət yaradacaqlar ki, son nəticədə Ermənistan dövləti ermənisiz qalacaq”

“Ermənilər növbəti dəfə təxribat törədərək beynəlxalq aləmə saxta, yalan informasiya verirlər. Məqsəd isə Azərbaycanı şərləməkdir. Guya Azərbaycan Ermənistan ərazisinə müdaxilə edir, mülki şəxslərə atəş açır. Bunların hamısı yalandır, iftiradır. Niyyətləri Azərbaycanı günahlandırmaqla beynəlxalq qurumların və onlara havadarlıq edən müəyyən dövlətlərin diqqətini bölgəyə cəlb etməkdir. Azərbaycan Ordusu öz ərazisində, öz mövqelərindədir. Atəş Ermənistan tərəfindən Azərbaycan Ordusunun mövqelərinə açılır. Hətta Rusiya hərbi kontingentinin müvəqqəti olaraq yerləşdiyi ərazimizdən qeyri-qanuni cinayətkar erməni separatçı birləşmələri də bizə atəş açırlar. Bunlar həqiqətdir. Müdafiə Nazirliyimiz də bu məlumatları rəsmi şəkildə yayır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

 

Deputat bildirib ki, üçtərəfli görüşlərdə Ermənistanın verdiyi vədlər, səsləndirdiyi fikirlər saxtadır: “Onlar bu görüşlərdə barışıq tərəfdarı olduqlarını, sülh sazişinin imzalanmasına razılıq verdiklərini qəbul edirlər, amma bütün bunlar sözdə qalır, heç birinə əməl etmirlər. Demək olar ki, hər gün mütəmadi olaraq bizə qarşı təxribatlar törədirlər. Belə olan təqdirdə, yəqin ki, cənab Prezidentimizin təbiri ilə desək, “dəmir yumruq” yerindədir! Bu cür davam etsə, Azərbaycan artıq sözünü danışıqlar masasında yox, meydanda deyəcək, hərbi gücünü tətbiq etməklə erməniləri sülhə məcbur edəcək. Onsuz da əvvəldən belə olub. Ermənilər normal bir toplum kimi, millət kimi söz başa düşmürlər, sülhə gəlmirlər. Təkcə bunları sülhə məcbur etmə variantından istifadə yolu qalır. Bunu da Azərbaycan bacarır. Necə ki 44 günlük müharibədə, mühribədən sonra keçirdiyimiz əməliyyatlarda bunu sübut etdik. Artıq ermənilər bizi məcbur edirlər ki, yenə də həmin varianta qayıdaq, sülhə məcbur edək. Hesab edirəm, sonu belə də olacaq. Bunlar heç kimə güvənməsinlər, nə ərazimizdə müvəqqəti yerləşmiş rus sülhməramlılarına, nə bunlara fitva verib, şirnikləşdirib təlxək kimi ortaya salan müəyyən qüvvələrə”.

 

E.Məmmədov deyib ki, Azərbaycan nəyi nəzərdə tutubsa, qarşıda hansı hədəfləri varsa, ona çatmaq üçün lazımi tədbirləri görəcək: “Ermənistanın təxribat törətməkdə məqsədi sülh sazişinin imzalanmasını yubatmaqdır. Hansısa mərkəzlər, dövlətlər, qurumlar bunları arxayın edib vəd verir ki, sülh prosesini müxtəlif yollarla ləngidin, biz sizə kömək edəcəyik, şərait yaradacağıq, nəsə əldə edəsiniz. Yəqin ki, bunlar “bəlkə də torpaqları qaytardıq” xəyalı ilə yaşayırlar. Azərbaycan tərəfi olaraq bunu çox yaxşı dərk edirik, başa düşürük ki, ermənilər tarixin heç bir dövründə müstəqil siyasət yürütməyiblər, müstəqil olmayıblar. Həmişə kənardan havadarlarının, ağalarının fitvası, vədləri, tapşırıqları ilə hərəkət ediblər. Həmişə alət kimi istifadə olunublar, bu gün də istifadə olunurlar. Bunlara vəd verən qüvvələr elə vəziyyət yaradacaqlar ki, son nəticədə Ermənistan dövləti ermənisiz qalacaq, Ermənistan dövlətinin mövcudluğu da sual altında qalacaq. Gedişat bunu göstərir. Görünür, 44 günlük müharibənin, müharibədən sonra Azərbaycan Ordusunun keçirdiyi anti-terror əməliyyatlarının dərslərindən nəticə çıxara bilməyiblər. Yəqin, bunlara daha məhvedici, dağıdıcı zərbələr vurulmalıdır ki, bəlkə, ağılları başlarına gələr, kənardan körükləyənlərin vədlərinə inanmayalar, düzgün yol, qonşuluq, əməkdaşlıq, sülh yolu seçələr, normal dövlət kimi yaşamağa başlayalar. Əks təqdirdə ermənilərin sonu yoxluqla nəticələnə bilər”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Sentyabr 2022, 11:23   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin