BURADA REKLAMINIZ OLA
BİLƏR

Səttar Möhbalıyevin qohumu şəhid oldu

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi Ermənistan Ordusunun təxribatı nəticəsində Azərbaycan şəxsi heyəti arasında itkilər olduğunu açıqlayıb.

 

Pravda.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, şəhid hərbçilərimizdən biri- Möhbalı Fərid Kəmaləddin oğlu Milli Məclisin deputatı, Həmkarlar İttifaqının sədri Səttar Möhbalıyevin yaxın qohumudur. O, deputatın əmisi nəvəsidir.

 

Deputat həmkarları S. Möhbalıyevə başsağlığı veriblər.

Tarix: 13 Sentyabr 2022, 11:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin