BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabir Rüstəmxanlı: “Ermənistanın sülh müqaviləsi bağlamaq niyyəti yoxdur”

“Qarabağda ermənilərin qeyri-qanuni silahlı qruplaşmaları var. Xarici qüvvələrin müdaxiləsi imkan vermədi ki, Azərbaycan vaxtında onları təmizləsin. İndi də bizim tələblərimizə baxmayaraq, onlar yenidən silahlandırılır. Hətta mətbuatda məlumat yayılır ki, ermənilər həmin ərazilərdə partizan dəstələri düzəltmək istəyirlər. Deməli, bu təhlükə içəridən qalır. Təəssüf ki, sülhməramlılar da bu məsələyə ciddi müdaxilə etmirlər”.

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Sabir Rüstəmxanlı Ermənsitanın ötən gecə sərhəddə törətdiyi hərbi təxribat barədə danışarkən deyib.

 

Deputat bildirib ki, Ermənistan üçtərəfli razılaşmanın müddəalarını pozub: “Ermənistan silahlı dəstələrini Azərbaycan ərazisindən hələ də çıxartmayıb. İkinci tərəfdən, separatçı qruplar yarandıqca Ermənistan ərazisindəki revanşist dəstələr, Azərbaycandan qisas almaq istəyən, Azərbaycanın o bölgədə apardığı quruculuq işlərini pozmaq istəyən terrorçu, silahlı dəstələr yenə də iddialarından əl çəkməyəcəklər. Ona görə də Azərbaycan buna hazır olmalıdır. Çox zəruri olan halda “Qisas” əməliyyatına əl atmaq mümkündür. İndiki halda Ermənistan Azərbaycan tərəfinə atəş açır, cavabları da verilir. Azərbaycan Ordusu heç vaxt heç bir nöqtədən ermənilərin hərbi təxribatını cavabsız qoymur. Görünür, sülh müqaviləsi bağlanana qədər bu şəkildə daimi olaraq gərginlik davam edəcək. Ermənistanın onsuz da müqavilə bağlamaq niyyəti yoxdur. Təzyiqlər olmasa, heç müqavilə də bağlamazlar”.

 

Aytəkin Qardaşova

Tarix: 13 Sentyabr 2022, 13:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin