BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

MCP: Ordunun, xalqın və Ali Baş Komandan İlham Əliyevin yanındayıq

“Ermənistan Azərbaycana qarşı genişmiqyaslı təxribatlar törətməkdə davam edir. Ermənistan silahlı qüvvələrinin diversiya qrupları növbəti dəfə müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun bölmələrinin mövqeləri arasındakı əraziləri və təminat yollarının minalanmasını həyata keçirib. Eyni zamanda müxtəlif istiqamətlərdən ordumuzun bir sıra mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Qüdrətli Azərbaycan ordusu bu təxribatın qarşısını alıb. Baş vermiş gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın Azərbaycan sərhədlərini pozaraq xaincəsinə hücuma keçməsi bölgədə yenidən vəziyyəti gərginləşdirir. Ermənistanın hərbi-siyasi rəhbərliyi aydın dərk etməlidir ki, sülhdən başqa çıxış yolu yoxdur. Ermənistan isə üzərinə götürdüyü öhdəlikləri qeyd-şərtsiz yerinə yetirməlidir. Təəssüflə bildiririk ki, Ermənistan tərəfi bu öhdəlikləri yerinə yetirmək əvəzinə təxribatları davam etdirir, bununla da sülh prosesinə əngəl törədir”.

 

Pravda.az-ın xəbərinə görə, bu, Milli Cəbhə Partiyasının (MCP) bəyanatında əksini tapıb.

 

“Bəyan edirik ki, Ermənistan bu əməllərinə görə məsuliyyət daşıyır. Təəssüf edirik ki, bir sıra beynəlxalq təşkilatlar Ermənistanın 30 il işğalçılıq siyasətinə göz yumduqları kimi indiki təxribatlarına da göz yumurlar. Bu kimi ikili standartlar həmin beynəlxalq təşkilatların imicinə zərbə vurur və Azərbaycan xalqının onlara etimad göstərməməsinə səbəb olur. Azərbaycanın sərhədləri pozulur, 30 illik işğaldan azad edilmiş ərazilərdə Ermənistan dövləti diversiya qrupları vasitəsilə təxribat törədir, Azərbaycanın dövlət sərhədlərini pozur, sərhəd boyu ərazilərdə ordumuzun mövqelərinə atəşə açır, lakin beynəlxalq təşkilatlar heç bir mövqe sərgiləmir. Bu, təəssüfləndirici haldır. Hesab edirik ki, Ermənistan bu əməllərinə görə beynəlxalq hüquq qarşısında məsuliyyət daşıyır. Azərbaycan hər zaman olduğu kimi sülh prosesini dəstəkləyir. Azərbaycan Ermənistanı qarşılıqlı şəkildə ərazi bütövlüyünü tanımağa və sülh müqaviləsi imzalanması prosesini yubatmamağa çağırır. Lakin Ermənistan bu çağırışlardan nəticə çıxarmır və hərbi təxribatlarını davam etdirir. Milli Cəbhə Partiyası hesab edir ki, beynəlxalq təşkilatlar Ermənistana qarşı beynəlxalq hüquq çərçivəsində əməli addımlar atmalı və Ermənistanı cinayətkar hərbi təxribatlardan çəkindirməlidir. Milli Cəbhə Partiyası bir daha bəyan edir ki, ordunun, xalqın və Ali Baş Komandan İlham Əliyevin yanındadır! Eyni zamanda biz, ölkəmizdə sabitliyin, əmin-amanlığın qorunmasının tərəfdarıyıq və Azərbaycan xalqı ilə birlikdə Ali Baş komandan İlham Əliyevin apardığı prosesi müdafiə etdiyimizi bir daha bəyan edirik!” – məlumatda qeyd olunub.

Tarix: 14 Sentyabr 2022, 09:48   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin