BURADA REKLAMINIZ OLA
BİLƏR

Allahşükür Paşazadə Azərbaycan xalqına başsağlığı verdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə hərbi qulluqçularımızın şəhid olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.

 

Pravda.az QMİ-yə istinadən xəbər verir ki, başsağlığında deyilir: "Sentyabrın 13-də Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlarının qarşısını alan zaman hərbi qulluqçularımızın şəhid olması xəbərindən hədsiz kədərləndiyini bildirir, onlara Allahdan rəhmət diləyir, ailələrinə, doğmaları və yaxınlarına və bütün Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm.

 

Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa bəxş etsin!

Tarix: 14 Sentyabr 2022, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin