BURADA REKLAMINIZ OLA
BİLƏR

Britaniya səfiri Azərbaycan Prezidentinə təşəkkür etdi

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqüs Ould Azərbaycan Prezidenti İlham Əliyevə matəm kitabını imzalamaq üçün səfirliyi ziyarət etdiyinə görə təşəkkürünü bildirib.

 

Pravda.az xəbər verir ki, bu barədə diplomat tviterdə yazıb.

 

“Ülyahəzrət Kraliça II Elizabetin vəfatı münasibətilə matəm kitabını imzalamağa səfirliyə gəldiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Cənab Prezident tərəfindən göstərilən ehtiram və diqqət ölkələrimiz arasında münasibətlərin inkişafı istiqamətində böyük əhəmiyyətə malikdir”, - diplomat qeyd edib.

Tarix: 14 Sentyabr 2022, 11:56   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin