BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

"Ermənistan Qarabağ iddialardan əl çəkmirsə, biz də azərbaycanlı qaçqınları qaytaraq Zəngəzura..."

"Ermənistan sülh müqaviləsini istəyirsə, qeydsiz-şərtsiz Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etməlidir, orda yaşayan erməni azlığın da hüquqi tənzimləməsi isə sonrakı məsələdir".

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Fərhad Mehdiyev bildirib.

 

"Heç kəsə sirr deyil ki, 1987-dən əvvəl İrəvanda, Zəngəzurda, Göyçə mahalında yüz minlərcə azərbaycanlı yaşayırdı. Hamısı qovuldu. Tutaq ki ora ermənistan torpaqları sayılır. Ermənistan o qovulan türkləri geri qəbul edəcəkmi və hansısa status tanıyacaqmı? nə onları geri qəbul etmək istəyir, nə də ki onlara hansısa imtiyazlı status vermək istəyir. Bəs bizdən niyə bunu tələb edir? Ermənistan Qarabağ üzərindəki iddialardan əl çəkmirsə, gərək biz də azərbaycanlı qaçqınları qaytaraq Zəngəzura, sonra ora Türk sülhməramlılarını dəvət edib deyək ki, gəlin bunların status məsələsini müzakirə edək, sonra bu torpaqladan çıxarıq" - F.Mehdiyev qeyd edib.

 

Kənan

Tarix: 14 Sentyabr 2022, 12:27   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin