BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: “Zəngəzur dəhlizini verməsələr, Laçın dəhlizini bağlayacağıq”

“Biz Ermənistanın ərazisinə girsək... Hələ girməmişik. Fransa məsələni BMT-yə qaldırıb. Bizə güllə, top, raket atan obyektlərə biz də cavab atəşi açmışıq. Bizi “təcavüzkar” adlandırırlar. 30 il bizi əziblər, qırıblar, ərazimizin 20%-ni işğal ediblər, hansısa dünya dövləti bir dəfə etirazını bildirməyib, heç Ermənistana embarqo da təşkil etməyib. Əksinə, Fransa, ABŞ başda olmaqla maddi yardım ediblər, Ermənistanda və Qarabağda yaşayan ermənilərə milyardlarla dollar pul veriblər. İndi bunların Ermənistan ərazisində iki postunu dağıtmışıq, şüvənlik salıblar”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

A.Abbas qeyd edib ki, Azərbaycan hücum etmək deyil, sülh istəyir: “Layiqli cavablarını veririk. Onlar Zəngəzur dəhlizini verməsələr, biz də Laçın dəhlizini bağlayacağıq. Vəssəlam! Ondan sonra görək nə edəcəklər, hardan nəfəs alacaqlar?”

 

“Bir aydır hər gün ermənilər iri çaplı plemyotlardan, silahlardan postlarımıza, bölüklərimizə atəş açır. Bundan başqa, Qarabağda sülhməramlılar olan ərazilərdən də bizi atəşə tuturlar. Bilinirdi ki, nəsə olacaq. Müdafiə Nazirliyi, yəqin, bu haqda məlumatlı olub. Müdafiəni daha düzgün təşkil etməli idilər. Onlara məsləhət verə bilmərəm, ordakılar generallardır” - deputat bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 14 Sentyabr 2022, 12:47   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin