BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Eyni uşaq evində böyüyüblərmiş... - FOTO

Gənc müğənni Hissin Ermənistan Silahlı Qüvvələrinin təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovla eyni uşaq evində böyüdüyü məlum olub.

 

Pravda.az xəbər verir ki, bu barədə Hiss instaqramda bildirib.

 

“Bəzi şeylər var ki, sözlə ifadə etmək olmur. Olsa belə, çox mənasız qalır. Nur içində yat, mənim balaca qardaşım!”, - deyə müğənni yazıb.

 

O, Səbuhi ilə uşaq evində çəkdirdikləri arxiv fotonu da paylaşıb.

 

Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evinin yetirməsi və 269 saylı məktəbin məzunudur. Onun nəşi II Fəxri xiyabanda torpağa tapşırılıb.

 

Tarix: 14 Sentyabr 2022, 14:09   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin