BURADA REKLAMINIZ OLA
BİLƏR

Ermənistanın təxribatı nəticəsində yaralanan mülki şəxs: “Mərmi yaxın məsafəyə düşüb, topuğumdan dəyib” - VİDEO

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində yaralanan mülki şəxslərdən Asim Musayevin vəziyyəti orta ağırdır. O, hazırda Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli xəstəxanada müalicə olunur. Digər yaralı Arzuman Orucov isə ilkin tibbi yardım edildikdən sonra evə buraxılıb. Hər iki mülki şəxs Kəlbəcər rayonunda heyvandarlıqla məşğul olublar.

 

Pravda.az-ın xəbərinə görə, A.Orucov REAL TV-yə deyib ki, mərmi yaxın məsafəyə düşüb, topuğundan dəyib: "Yanımdakı şəxs dizindən, qolundan yaralanıb".

 

“Özümüzü itirmədik. Bizi xəstəxanaya yerləşdirdilər. Şəxsi təsərrüfatımıza da ziyan dəyib, xırdabuynuzlu mal-qara tələf olub" - o qeyd edib.

Tarix: 14 Sentyabr 2022, 15:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin