BURADA REKLAMINIZ OLA
BİLƏR

Gəncənin şəhidləri dəfn olunurlar - FOTOLAR

Sentyabrın 12-sindən 13-ünə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində törədilən hərbi təxribat nəticəsində şəhid olan Gəncə sakini əsgər Əliyev Üzeyir Sabir oğlu və gizir İmamverdiyev Asiman Mehman oğlu dəfn ediliblər.

 

Gəncə Şəhər İcra Hakimiyyətindən Pravda.az-a verilən məlumatda bildirilib ki, bu gün vida mərasimindən sonra şəhidlərimiz torpağa tapşırılıblar.

 

Şəhidlərimizin vida mərasimində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Gəncə şəhər təşkilatının sədri Ramil Orucov, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat, həmçinin hüquq-mühafizə orqanlarının rəhəbərləri, şəhər ictimaiyyətinin nümayəndələri və şəhidlərin yaxınları iştirak ediblər.

 

Azərbaycan Ordusunun əsgəri, 1993-cü il təvəllüdlü şəhid Üzeyir Əliyevin nəşi vida mərasimindən sonra Göygöl rayonuna yola salınıb. O, Göygölün Şəhidlər Xiyabanında dəfn olunub.

 

Azərbaycan Ordusunun giziri, 1988-ci il təvəllüdlü şəhid Asiman İmamverdiyev isə Gəncənin Şəhidlər Xiyabanında dəfn olunub.

 

Məlumat üçün bildirək ki, yaxın saatlarda Gəncənin üçüncü şəhidi, 1998-ci il təvəllüdlü leytenant Hüseynov Erkin Ədalət oğlu ilə vida mərasimi keçiriləcək. Şəhidimiz Gəncənin Şəhidlər Xiyabanında dəfn ediləcək.

 

Şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirik.

Fotoları təqdim edirik
Tarix: 14 Sentyabr 2022, 15:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin