BURADA REKLAMINIZ OLA
BİLƏR

Vəhdət Partiyası: Beynəlxalq təşkilatlar ikili standartla Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirirlər

Son vaxtlar Ermənistan silahlı qüvvələri dövlət sərhədimizin müxtəlif istiqamətində təxribatlar, mövqeylərimizin müxtəlif çaplı silahlardan atəşə tutması halları intensivləşib. Zəfər savaşının iki ili tamam olur. İşğaldan azad olmuş ərazilərdə böyük quruculuq işləri başlanıb və reqional layihələr icra olunur. 10 Noyabr bəyannaməsində üzərimizə götürdüyümüz öhdəlikləri tam mənada yerinə yetiririk, stabilliyin yaranmasına çalışırıq. Lakin Ermənistan tərəfi sülh prosesini hər yolla əngəlləyir. Sentyabrın  12-də, gecə saatlarında dövlət sərhədlərimizin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədib. Bu toqquşmada ölən və yaralılar vardır. Bu prosesləri beynəlxalq ictimayyət müşahidə etməklə kifayətlənir. Ermənistanın beynəlxalq hüququ pozduğunu və götürdüyü öhdəlikləri yerinə yetirməməsinə biganə yanaşırlar. Beynəlxalq təşkilatlar o hüququn pozulmasına ikili standartla Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirirlər, islamafobiya kimi yanaşırlar.

 

 

Pravda.az-ın xəbərinə görə, bu, Vəhdət  Partiyasının bəyanatında əskini tapıb.

 

“Sülh müqaviləsinin gündəmdə olduğu vaxtda Ermənistan hərbi-siyasi rəhbərliyi bu kimi addımlarla reqionda vəziyyəti gərginləşdirmək, sülh müqaviləsi üzrə danışıqları pozmaq, üçtərəfli müqavilə öhdəliklərini yerinə yetirməməkməqsədi daşıyır (güdür). Vəhdət Partiyası bu cür mövqeyi, üçtərəfli sazişin müddəalarının pozulmasını pisləyir. Vətənimiz uğrunda müqəddəs savaşda bütün qüvvələri birliyə və həmrəkliyə çağırır, torpaqlarımızın müdafiyəsində dövlətin yanında olduğunu bildirir. Üç tərəfli sazişin pozulması və baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin və onun himayədarlarınin üzərinə düşdüyünü bəyan edir” – məlumatda qeyd olunub.

Tarix: 14 Sentyabr 2022, 15:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin