BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əsədov Asiya İnkişaf Bankının vitse-prezidenti ilə görüşdü

Sentyabrın 14-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Şişin Çen ilə görüşüb.

 

Nazirlər Kabinetindən Pravda.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan ilə AİB arasında uzunmüddətli səmərəli tərəfdaşlığın inkişafından məmnunluq ifadə edilib.

 

Birgə həyata keçirilən layihələrin icra vəziyyəti, AİB-in 2024-2028-ci illəri əhatə edəcək ölkə üzrə tərəfdaşlıq strategiyasının əsas prioritetləri və əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunub.

 

Tarix: 14 Sentyabr 2022, 18:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin